Əlaqə Arxiv
news Image
2012.11.23
15:33
| A A A
Beethovenin Elisesi tapıldı

Movqe.az xəbər verir ki, Kanadalı musiqi bilicisi Beethovenin "Für Elise" "əsərini kimin üçün bestelediyini tapıb. Musiqiçiyə ilham verən Bavyeralı müğənninin adı Elisa Barensfelddır.

Ludvig von Beethovenin Für Elise əsərini kimin üçün yazdığı bu günə qədər məlum deyildi. Kanadalı musiqi alimi Rita Steblin bu sirri açdığını iddia edir. Steblinə görə Beethoven 1810-cu ildə piano üçün bəstələdiyi "Für Elise" sonatını Bavyeralı müğənni Elisa Barensfeldə həsr edib. Avstriya və Almaniyada qəzet xəbərlərini, polis hesabatlarını, zadəganların xatirə dəftərləri və məktublarını araşdıran musiqi alimi Beethovenin "Elise üçün, 27 Aprel, Lv.Bthvn.ın xatirəsinə" şəklindəki əl yazısına rast gəlib. Rita Steblin bu qeydin o tarixlərdə Vyanada bəstəkarın aşiq olduğu Theresa von Malfattinin qonşusu və şagirdi Elisa Barensfeldə ünvanlandığı nəticəsinə gəlib. 


Sevgilisinə təsir etmək üçün bəstələdi


1796-ci ildə Almaniyanın Regensburg şəhərində dünyaya gələn Juliane Katharine Elisabet Barensfeld musiqi dünyasının möcüzəsindən biri idi. Barensfeld musiqiyə ögey atasından dərs alaraq başlayıb. Vyana və Milanoda da musiqi dərsləri alan Barensfeldin müəllimləri arasında Motsartın can düşməni Salieri də var idi. Elisa Barensfeld Ludvig von Beethovenin məşhur parçasını bəstələdiyi illərdə Johann Nepomuk Məlzelin evində yaşayıb və konsertlər verib. Məlzel, Beethovenin dəlicə sevdiyi, evlənmək istədiyi Therese von Malfatti ilə qapı qonusu olub. Musiqi bilicisi Rita Steblin də bu məlumatı əsas götürərək Elisa Barensfeldin Malfattiden də dərs aldığı və onunla birlikdə musiqi ifa etdiyi nəticəsinə gəlib. Beethovenin "Für Elise"ni sevgilisi Malfattiyə şagirdi vasitəsilə təsir etmək üçün yazdığını ortaya çıxır. Beethoven bütün səylərinə baxmayaraq, bilinməyən səbəblərlə Malfatti ilə evlənə bilməyib. Elisa Barensfeld də 1813-cü ildə Regensburga geri dönüb, 1820-ci ildə Amerikaya köçdüyü güman edilir.

Sizin Reklam Yeriniz