Türkan Şoray Bakıda
Türkiyənin tanınmış aktrisası Türkan Şoray noyabrın 25-də Fəxri xiyabana gedərək, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev və onun mərhum həyat yoldaşı görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Türkan Şoray jurnalistlərə müsahibəsində, Azərbaycana gəlməyi çox istədiyini, dəvəti məmnuniyyətlə qəbul etdiyini, Bakıda olduğu müddətdə Türkiyədə də çox sevilən və dünyanın ən mühüm liderlərindən biri olan Heydər Əliyevin məzarını ziyarət etmək istədiyini deyib.
Qeyd edək ki, Türkan Şoray noyabrın 26-da istedadlı və yaradıcı gənclərin II Respublika toplantısının rəsmi açılışında iştirak edəcək. Həmin gün Türkan Şorayın iştirakı ilə gənclər üçün kino sənəti sahəsində ustad dərsləri təşkil olunacaq.