Əlaqə Arxiv
news Image
2016.02.27
13:30
| A A A
Şotlandiyanın Kral Bankı “Harri Potter” filmlərinə investisiya qoymaqla illərlə vergi ödəməkdən yayınıb

Böyük Britaniya KİV-lərində yayılan məlumata görə, Şotlandiyanın Kral Bankı (Royal Bank of Scotland - RBS) sehrbaz Harri Potter haqqında çəkilən silsilə filmlərə investisiya qoymaqla illərlə vergi ödəməkdən yayınıb.Movqe.az Vergilər.az saytına istinadla xəbər verir ki, Böyük Britaniya qanunvericiliyində kinematoqrafiyaya investisiya qoyan şirkətlər üçün nəzərdə tutulan güzəştlərdən sui-istifadə etmək məqsədilə bank gənc sehrbaz haqqında filmin üçüncü və dördüncü hissələrinin müəlliflik hüququnu satın alıb. Bundan sonra filmin yayım hüququ onun prokatını həyata keçirən studiyaya keçib və buna qarşılıq olaraq studiya banka ödəniş edib. Beləliklə, filmin kommersiya uğurundan asılı olmayaraq, bank onun həm prokatından gəlir əldə edib, həm də vergi güzəştlərindən istifadə edib.

Bu sxem Kral Bankına 1,45 milyard dollar mənfəət gətirib. Harri Potter haqqında filmlərdən başqa, bank 20-dək başqa populyar filmdən də kommersiya məqsədilə istifadə edib.


Sizin Reklam Yeriniz