Əlaqə Arxiv
news Image
2016.02.28
10:00
| A A A
Şah İsmayıl Xətainin mağarada gizlətdiyi rəssam

Movqe.az senet.az-a istinadən bildirir ki, Xətai elm, sənət adamlarını yüksək qiymətləndirirdi. Belə nəql edirlər ki, 1514-cü ildə məşhur Çaldıran müharibəsində Şah İsmayıl döyüş meydanına getməmişdən əvvəl sarayın ən məşhur xəttatı Mövlanə Şah Mahmud Nişapurini və misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmiş və demişdir:


- Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi. Onlar niyə Sultan Səlimin əlinəəsir düşsünlər?!

Şah İsmayıl müharibədə məğlub olub geri qayıdarkən, ilk əvvəl məşhur xəttatı və misilsiz rəssamı gizlətdiyi yerə gedir. Onları gizli saxladığı yerdə taparkən sevinir və "Allaha çox şükür!" deyir.

***

Şah İsmayılın ən çox sevdiyi şairlərdən biri Nəsimi olmuşdur. O, Nəsiminin qəhrəmanlığına, məsləkcə möhkəmliyinə heyran qalmışdır. Onun faciəli ölümünü şair dönə-dönə yad etmiş, ölümün gözləri içinə dik baxan Həllac Mənsurun və Nəsiminin tutduğu yolu təqdir və təbliğ etmişdir:


Şah Xətai, didarə bax,

Mənsur ipin boynuma tax.

Nəsimi oldu haqla haqq,

O üzülən dərisidir.


***

Şah İsmayıl Xətaini əsrlər boyu türk-qızılbaş xalq şairləri və Anadolu el aşıqları bir mürşid, mənəvi ata kimi qəbul etmişlər. Məclislərdə Xətai təxəllüslü şeir oxunarkən ayağa qalxar və kişilər çökərlər.


Şah İsmayıl Xətai Azərbaycan xalqı içərisində şöhrətli bir dövlət xadimi, yenilməz pəhləvan, gözəl şair kimi ad qazanmışdır. Seyid Əzim Şirvani yazır ki, şairin:


Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,

Bar-ilahi, əfv qıl kim, tövbəkarəm doğrusu -

məqtəli qəzəli xanəndələr tərəfindən musiqiyə uyğunlaşdırılıb tez-tez oxunardı. Mir Möhsün Nəvvab da "Şah Xətai" adlı musiqi havasının xalq arasında çox məşhur olduğunu göstərir.

Sizin Reklam Yeriniz