Əlaqə Arxiv
news Image
2012.11.27
13:27
| A A A
"Rokki" filmi teartr səhnəsində canlandırılıb

Movqe.az xəbər verir ki, 1976- cı ildə lentə alınan və həmin dövrün "Ən çox izlənilən filmi" seçilən "Rokki" ekran əsəri indi teartr səhnəsində canlandırılıb. "Rokki" myuzikalının Amerikadan sonra Almaniyada premyerası gerçəkləşib. Filmin əfsanəvi ulduzu Silvester Stallone də mərasimdə iştirak edib. Hamburqda reallaşan qalada myuzikalın əsas rol ifaçılarıyla yanaşı prodüsserləri də iştirak edib. Yüzlərlə fanatın qatıldığı mərasimdə səhnə əsərinin baş prodüsseri Silvester Stallone də fəxri qonaqlar sırasında olub. Əsas şüarı "Ürəklə döyüş" olan myuzikal 66 yaşlı aktyorun ən uğurlu prodüsser işlərindən hesab olunur.

Aktyor, prodüsser Silvester Stalone premyeranın Almaniyada keçirilməsinin təsadüfü olmadığını qeyd edib: "Myuzikalın dünya premyerası Brodveydə reallaşıb. Almaniyalı tamaşaçılar isə hər zaman bu filmi seviblər. Məhz bu səbəbdən burada bir araya gəldik".

1976-cı ildə ekranlaşdırılan "Rokki" filmi aktyora iki Oskar və iki Qızıl Qlobus mükafatı qazandırıb. Bundan əlavə ekran əsəri "Ən yaxşı ssenari" və "Ən yaxşı aktyor" nominasiyalarında Bafta mükafatı əldə edib. Dram janrlı rokki filminin səhnə variantının ssenarisi eyniylə filmdə olduğu kimidir. Gənc Boksçu Rokki təsadüf nəticəsində məşhur idmançı Apolloyla tanış olur. Və bununla da bütün həyatı dəyişir. Rokkinin sevgilisi Edrian isə hər zaman onun yanında olur. Myuzikalda aktyorların canlı ifaçı və səhnə tərtibatı xüsusi olaraq seçilir. Filmin məşhur soundtrekləri isə səhnə əsərinin daha yaddaqalan edib. "Rokki" myuzikalı Almaniyadan sonra 15-dən artıq Avriopa ölkəsi, İsrail, Yaponiya və Avstraliyada tamaşaçıların ixtiyarına veriləcək.

Sizin Reklam Yeriniz