Əlaqə Arxiv
news Image
2012.04.19
18:41
| A A A
Ərdoğanın müvəffəqiyyətinin sirri açılıb – FOTO
Türkiyənin baş naziri hansı mahnıları kimin ifasında sevir?

Türkiyənin "Kral TV" televiziyasının baş rejissoru Mehmet Akbay ("Planet Mehmet" ləqəbi ilə tanınır) ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ən sevdiyi mahnısını açıqlayıb. Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Akbay, "Habertürk" saytının aparıcı müxbiri Ece Saruhanın suallarını cavab verərkən, R.T.Ərdoğanın ən sevdiyi mahnısını deyib.

"Baş nazir Rəcəb Tayyib Ərdoğanla yaxın dostsunuz.Özü ən çox hansı növ musiqini dinləyir?" sualına M.Akbay belə cavab verib: "Ən sevdiyi mahnılardan biri "Bənzəməz kimsə sənə"dir. Bu mahnını Müzeyyen Senar ifa edir."Birlikdə yürüdüm biz bu yollarda" mahnısını da sevir. Bu mahnını Zəki Mürən və Muazzez Abacının ifasında dinləyər".

Müxbirin növbəti sualına, (Yəni seçimi türk sənət musiqisindən yana... Popla, Rockla, alternativ musiqiylə arası necədir?) rejissor cavab verərkən, baş nazirin musiqi xarekterini nəql edib: "Daha çox türk sənət musiqisini dinləyər. Amma məşhur mahnıları da təqib edər. Türk xalqı nəyi dinləyirsə, ondan mütləq xəbəri vardır və bilir. Müvəffəqiyyətinin sirri xalqın zövqünü bilməsidir. Musiqi mövzusunda da belə, xalqdan qopan deyil! Əminəm ki, Xəlil Sezayi fırtına kimi əsərək, "Kim bu adam?", deyə baxmışdır. Heç bir musiqi tərzinə qarşı qərəzli deyil", - M.Akbay cavab verib.

Fuad Mədətov

Movqe.Az


Sizin Reklam Yeriniz