Əlaqə Arxiv
news Image
2012.12.03
11:06
| A A A
Los-Anceles 2012 motor-şousunun açılışı olub
Movqe.az xəbər verir ki, 2012-ci ilin son avtomobil sərgisi - Los-Anceles motor-şousu işə başlayıb. Detroyt və Nyu-York avtosalonlarından sonra əhəmiyyətli bu ilki sərgidə 24 dünya və 25 Şimali Amerika premyerası nəzərdə tutulub.Seriya avtomobilləri üzrə ən çox diqqət çəkən premyeralardan Toyota RAV4, Subaru Forester, Porsche Cayman, üstüaçıq Lamborghini Aventador LP700-4, Kia Forte, kabriolet VW Beetle, şirkətin tarixində ən güclü Jaguar XFR-S modellərini qeyd etmək olar.Kaliforniyada hibrid və elektrik avtomobilləri daha çox populyar olduğundan sərgi eksponatları arasında da onlar çoxluq təşkil edr. Ənənəvi dizayner müsabiqəsi bu dəfə gələcəyin polis patruluna həsr edilib: dünyaca tanınmış beş firma təmsilçiləri 2025-ci il üçün belə avtomobillərlə bağlı öz görüşlərini açıqlayacaq.Sərgi dekabrın 9-dək  ziyarətçilər üçün açıq olacaq.
Sizin Reklam Yeriniz