Əlaqə Arxiv
news Image
2016.04.13
12:18
| A A A
Fransada Azərbaycan mədəniyyəti gunləri

Fransanın Altkirş, Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanɪn Fransadakɪ Səfirliyinin, Paris Azərbaycan Evinin və şəhər meriyalarının dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər keçirilmişdir. İki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilmiş, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilmişdir.Tədbirlərin açılış mərasimlərində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək Azərbaycanın regionda və beynəlxalq aləmdə öz yerini sübut etmiş ölkə olduğunu vurğulamışdır. Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirmişdir. O, daha sonra tolerant ölkə olan Azərbaycanın Fransa ilə dostluq əlaqələrindən və Azərbaycan mədəniyyətinin Fransada daha geniş tanıdılması üçün rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən danışmış və ölkəmizi daha yaxından tanımaq üçün fransızları Azərbaycana səfərə dəvət etmişdir.Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın Dostları Assosiasiyasına və tədbirlərin keçirildiyi şəhər meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğinə görə təşəkkür etmişdir. Azərbaycanın zəngin və qədim mədəniyyət tarixinin, dini azadlığın və tolerantlığın nümunəsi olduğunu qeyd edən səfir ölkəmizin bu sahədə dünyaya verdiyi töhfələrdən danışmışdır. O, 2016-cı ilin Azərbaycanda dövlət səviyyəsində "Multikulturalizm ili" elan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi önəmdən danışmış, bu ayın sonunda Azərbaycanın paytaxtı Bakı şəhərində Sivilizasiyalar Alyansının 7-ci Dünya Forumun keçirələciyini bildirmişdir. Sülh, dialoq və birgə yaşamanın Azərbaycanlılar üçün bir ənənəyə çevrildiyini qeyd etmişdir.Tədbirlərə qatılan fransızlar sərgini yüksək dəyərləndirmiş, milli rəqslərimizi böyük maraq və coşqu ilə qarşılanmışlar. Tədbirlərdə Heydər Əliyev Fondunun Azərbaycana aid fransız dilində nəşr etdirdiyi çoxsaylı kitab və broşürlər paylanmışdır.Altkirş şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jan-Luk Reitzer, Evian merinin müavini Jozian Lei və Montero şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı İv Jego Azərbaycan mədəniyyət günlərinin bu şəhərlərdə keçirilməsindən, zəngin Azərbaycan mədəniyyətinin şəhər sakinlərinə tanıdılmasından cox məmmun olduqlarını qeyd etmiş və gələcəkdə də bu cür tədbirlərin davam etdirilməsini arzu etmişlər.

Sizin Reklam Yeriniz