Əlaqə Arxiv
news Image
2012.12.10
18:28
| A A A
"Alisa möcüzələr diyarında" filminin davamı yoldadır

Movqe.Az bildirir ki, 2010-ci ildə nümayişə girən və Tim Burton imzasını daşıyan "Alice In Wonderland" ("Alisa möcüzələr diyarında") filminin davamının yolda olduğu açıqlanıb. "Variety" jurnalının xəbərinə görə, prodüser "Disney" ilk filmi də qələmə alan Linda Uoolvertonu ikinci filmi yazması üçün vəzifəyə alıb. "Lion King" ("Aslan Kral") və "Mulan" kimi müvəffəqiyyətli filmlərin də ssenarisinə imza atan Uoolvertonun ikinci Alisa filmi üçün nələr yazacağı hələlik gizli saxlanılır. Baş rollarda Anna Hatevey, Helena Bonham Karter və Conni Dipin iştirak etdiyi "Alice In Wonderland", 1 milyard dollardan çox bilet satıb və bütün zamanların ən çox qazanan 11-ci filmi olub. 

Sizin Reklam Yeriniz