Hollivudun məhşur ulduzlar xiyabanında 2487-ci ulduzun sahibi bəlli olub
Movqe.Az xəbər verir ki, Hollivudun məşhur
ulduzlar xiyabanında 2487-ci ulduzun sahibi bəlli olub. Bu şərəfə
milyonların sevimlisinə çevrilən Avstraliyalı aktyor Hyu Cekman
layiq görülüb. Mərasimdə ailə üzvləri və dostları ilə birgə iştirak
edən istedadlı aktyor bu şərəfə layiq görüldüyünə görə hər kəsə
təşəkkürünü bildirib. 44 yaşlı Hyu Cekman kinokaryerasındakı
uğurunun ailəsinə borclu olduğunu bildirib. Ən son "Səfillər" dram
myuzikalındakı Jan Valjan rolu ilə ajataj yaradan aktyorun yanında
həmkarları Enn Hetvey, Amanda Seyfrid və filmin rejissoru Tom Huper
də olub. Yaradıcı heyətlə fotolar çəkdirən aktyor diqqət mərkəzində
qalmağı bacarıb. "Bu gün hər kəsə demək istəyirəm ki çox
xoşbəxtəm…Adımın əbədiləşməsi məni qürurlandırır. Dostlarımın məni
dəstəkləməsinə isə çox sevindiim. Bundan sonra yeni layihələrimlə
qarşınıza çıxacam." deyən aktyor
"X adamlar", "Prestij", "Fontan", "Avstraliya", "Van Helsing", "Keyt və Leo" filmlərində yaratdığı rollarla milyonların sevgisini qazanan Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni" və "Emmi" kimi nüfuzlu mükafatlar sahibidir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər" ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus" mükafatına namizəddir. O Jan Valjan roluna görə artıq ilk –Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb. Bundan əlavə "Səfillər" dram myuzikalı gələn ilin fevralında gerçəkləşəcək "Oskar"mükafatında da təmsil olunacaq.