Əlaqə Arxiv
news Image
2016.10.14
15:15
| A A A
Akademik Midhət Abasovun 90 illiyinə həsr olunan tədbir keçirilib

Görkəmli alim, böyük elm təşkilatçısı, AMEA-nın həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Midhət Abasovun anadan olmasının 90 ili tamam olur.

Movqe.az-ın məlumata görə, bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında alimin yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə böyük alim Midhət Abasovun elmi və ictimai-siyasi fəaliyyəti haqqında danışıb. AMEA rəhbəri görkəmli alimin elmi-təşkilati, neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində çoxşaxəli fəaliyyətindən söz açaraq, onun Azərbaycan elmi-ictimai düşüncəsinin inkişafında müstəsna rol oynadığını bildirib.

Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə alimin neft və qaz yataqlarının işlənilməsi sahəsində xidmətlərindən söz açıb. Bildirib ki, M.Abasovun işlənilmə ilə bağlı neft-mədən geologiyası, lay və quyuların tədqiqi, neft və qaz hasilatının proqnozlaşdırılması sahələrində tədqiqatları olub. Qeyd edib ki, alim sözügedən sahələrdə yeni fundamental nəticələr əldə edib və bu uğurlar beynəlxalq konfranslarda, simpoziumlarda müzakirə obyekti olub. AMEA-nın müxbir üzvləri Zöhhak Abbasov və Qərib Calalov akademik M.Abasovun yaratdığı elmi məktəb və nailiyyətləri, fəal bir təşkilatçı və ictimai xadim kimi gördüyü işlərdən danışıblar.

Bildirilib ki, dünya neft və qaz sənayesinin inkişafında mühüm rolu olan M Abasovun rəhbərliyi və iştirakı ilə Azərbaycan dəniz qaz kondensat yataqlarının işlənilməsinin elmi üsulları yaradılıb və bu iş respublika Dövlət Mükafatına layiq görülüb.

Alimin yaratdığı elmi məktəbin 40-dan çox fəlsəfə, 20-dən çox elmlər doktorları, AMEA-nın 2 həqiqi, 8 müxbir üzvü onunla çiyin-çiyinə çalışıb və bu məktəbin fəal davamçıları olublar. Bu gün də alimin elmi istiqaməti davam etdirilir, yeni nəticələr əldə olunur.

Daha sonra yubiley akademikin həyat və fəaliyyətinin əsas mərhələləri haqqında xatirə çıxışları ilə davam edib.

Sizin Reklam Yeriniz