Əlaqə Arxiv
news Image
2013.01.16
19:34
| A A A
Məşhur yazıçının yeni kitabı mayda satışa çıxacaq
Movqe.Az bildirir ki, Dünya şöhrətli məşhur amerikalı yazıçı Dan Braunun son kitabı "Inferno"nun may ayında satışa çıxacağı bildirilib. "Da Vinçi Şifrəsi", "İtkin Simvol", "Mələklər və Şeytanlar" ilə "Xəyanət Nöqtəsi" kitablarının müəllifi Braun, son kitabı üçün İtalyanın Florensiya şəhərində verdiyi müsahibəsində Dantenin əsərlərindən təsirləndiyini qeyd edib. Braunun, "Mələklər və Şeytanlar" kitabında oxucuları ilə tanış etdiyi və Harvard Universitetinin professoru olan Robert Lanqdonun xarakterini bu romanında da istifadə edəcəyi bildirilib. Kitabın may ayının ortasında oxucularla görüşəcəyi bildirilib. Braunun 2004-cü ildə böyük müvəffəqiyyət qazanan "Da Vinçi Şifrəsi" kitabı 40 dildə nəşr olunub.
Sizin Reklam Yeriniz