Fahriye Evcen bu sıralar sıx bir tempdə işlərinə davam edir. Bir tərəfdən " Çalıkuşu " serialının çəkilişlərinə davam edir , digər tərəfdən Boğaziçi Universitetindəki tarix təhsili alır. Hər gün çəkiliş meydançasına gedib, çəkilişlərə ara verməyən aktrisa halından məmnundur. Azərbaycan tamaşaçısına "Yaprak tökümü" serialındakı Nejda, "Evim sensin" filmindəki Leya , "Çalıkuşu"serialındakı Fəridə obrazları ilə tanınan Fahriye Evcenin Türkiyə mətbuatına istinadən Mövqe.az müsahibəsini sizlərə təqdim edir:
Boğaziçi Universitetində Tarix oxuyursan . Reportaja da imtahandan çıxıb gəldin. Məktəbin bitməsinə nə qədər qaldı?
- Son il deyə bilərik.
Məktəblə serialı bir yerdə aparmaq çətin deyilmi?
- O çətinliyi keçən illərdə yaşamışdım. İlk smestrlarda çox dərsim var idi. Bu il daha rahatam . Çünki iki dərs alıram.
Hal-hazırda nə qədər Feride , nə qədər Fahriye hiss edirsən özünü ?
- Hər gün Feridəyəm .
Nə qədər müddətdir bu belə ?
- Serialın hazırlıq müddətindən bu yana... Çəkilişlərdən beş-altı həftə əvvəl sıx bir hazırlıq prosesi başladı. O dövr Ferideyle yatdım, Ferideyle qalxdım. Bu an da tamamilə həyatıma sirayət etmiş vəziyyətdə. Demək olar ki, hər gün çəkiliş var.
Feridenin həyatını yaşayırsan yəni?
- Bəli ...
* Yaxşı bu sənin üçün yaxşı yoxsa pis ?
- Ferideyi çox sevirəm , ona görə yaxşı.
Ferideyi sevməyən var görəsən?
- Şeytan tükü var onda ..
Səni bu rola uyğun gördüklərini görə, səndə də var şeytan tükü ... Musiqiyə meyilli olduğun, yerində duramamandan ötəri səni xarakterə yaxın görmüş ola bilərlərmi ?
Əslində "Evim Sensin " filmi buna bir az qapı araladı. Əvvəlki işlərdə həmişə yetkin xarakterləri oynamıştım. "Yaprak Dökümü " ndə beş il Neclanın canlandırdım . Hekayənin də , xarakterin də dramı çox yüksək idi.
Ondan sonrakı işlərdə də bənzər xarakterləri oynadım. "Evim Sənsən " də isə daha sərbəst idim, qızı özüm yarada bildim . O obrazı göstərdiyim üçün belə bir işıq yandırmış ola bilər.
Hal-hazırda serialda Feride və Kâmranın eşqi ön planda. Beləmi davam edəcək?
Sevgi ön planda görünür amma " Çalıkuşu " romanının ideoloji ölçüsü də var. Bu an üçün bu mövzunu çox işləmirik. O qisim, Feride müəllim olaraq Anadoluya getdikdən sonra ortaya çıxacaq.
Sette necə bir mühit var ?
- Mütamadi setdə gülürük . Hətta bəzən gülməkdən işləyə də bilmirik . Gərginliyi olmayan bir set bizimki . Mənim xoşbəxt getdiyim bir set...
* Hər gün işləmək çətin olmur mu ? Heç "Tfu yenə mi set " demirsən ?
- Çəkilişlər o qədər kefli keçir ki, heç şikayət etmirəm.
Öz həyatını bəs nə vaxt yaşayırsan ?
- Boş günlərim də olur təbii ... O günlərdə məktəblə maraqlanır , ailəmlə görüşürəm. Bacardığım qədər idman etməyə çalışıram.
Dostlarınla görüşə bilirsən?
- Köhnəsi qədər sosialllaşmıram təəssüf ki... İki yoldaşım ana oldu məsələn , daha körpələrini görə bilmədim. Uşaqlar getməyə başlayacaqlar az qala ! (Gülür) Amma onlar da anlayışla qarşılayır.
Uzun müddətli planlar edə bilirsən ?
- Plan proqramla yaşayan biri deyiləm. Önümdə nə varsa onu yaşayıram. Istirahətə mütləq ehtiyacım olur. İki- üç gün fürsət tapıb bir yerlərə qaçıram . Bayramda Almaniyaya getdim məsələn. Yenə bir iki -üç günüm olsa, İrlandiyadakı yoldaşımın yanına getmək istəyirəm.
Sarımsaq çayıyla zəiflədiyi doğrumu ?
Elə bir şey yoxdur ... Yoldaşların ağıllarına bir -iki məşhur ad gəlmiş, onlar üzərindən reklam edək demişlər ... Mən sarımsaq çayı istifadə etmədim. Anormal bir zəifləmə halında da deyiləm. Həyatımda heç iki -üç kilodan çox alıb vermədim.