Əlaqə Arxiv
news Image
2014.06.13
17:01
| A A A
Doğu Akdeniz Universitetindən azərbaycanlı tələbələrə sərfəli təklif
Orxan Həsənoğlu: "Bizim universitetin diplomunun tanınması ilə bağlı problemimiz yoxdur"

Xaricdə təhsil almaq çoxlarının arzusu olsa da, seçimi düzgün aparmayan məzunlar bəzən xaridə təhsil sevdası ilə bu sahədə vasitəçilik edən işbazların qurbanına çevrilir.  Qeyd edək ki, xaricdəki bu cür ali təhsil ocaqları ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da dəfələrlə valideyn və abituriyentlərə diqqətli olmağı tövsiyyə  edib. Movqe.az bu dəfə xaricdə təhsil alamaq arzusunda olan abituriyentlərə  Azərbaycandan xeyli sayda tələbənin təhsil aldığı güvənli ali təhsil ocaqlarının biri kimi məşhurlaşan Şimali Kiprin Doğu Akdeniz Universiteti barədə geniş məlumat verəcək. Həmsöhbətimiz Şimali Kiprin Doğu Akdeniz Universitetinin türk ölkələri üzrə rektor müşaviri Orxan Həsənoğludur.

-Şimali Kiprin Doğu Akdeniz Universiteti Avropa məkanında tanınan ali təhsil ocaqlarından biridir. Sizin universitet demək olar ki, artıq Azərbaycanda da məşhurlaşıb. Doğu Akdeniz Universitetinin təhsil imkanları barədə tanıtım reklamlarında məlumatlar verilsə də, universitetinizlə bağlı oxucularımıza daha ətraflı məlumat vermənizi rica edirik.


-Şimali Kipr Doğu Akdeniz Universiteti 1979-ci ildə Quzey Kıprıs Türk Cumhuriyyətində qurulan yeganə ali təhsil ocağıdır.  Bu gün Doğu Akdeniz Universitetində 86 fərqli ölkədən tələbə təhsil alır.  Eyni zamanda 35 fərqli ölkədən professor- müəllimheyyəti çalışır. Doğu Akdeniz Universiteti dünyada ən önəmli Kampus sistemi qurulan universitetdir.

- Doğu Akdeniz Universitetinin neçə fakultəsi var?

 - Bizim universitetin 11 fakultəsi var. Demək olar ki, bütün ixtisaslar bizim universitetdə mövcuddur.

-Universitetdə hazırda  nə qədər tələbə təhsil alır?


- Doğu Akdeniz Universitetində müxtəlif ölkələrdən 16 min tələbə təhsil alır.

-Tələbələrinizin nə qədəri xarici ölkə vətəndaşlarıdır?

-86 ölkədən tələbə var. Tələbələrimizin 70 faizini xaricilər təşkil edir. Əlbəttə ki, biz xarici deyəndə Türkiyədən də gəlib bizim universitetdə təhsil alanları da nəzərdə tuturuq.


- Sizin universitetdə  kifayət qədər sayda azərbaycanlı tələbə təhsil alır. Bildiyimiz qədər Azərbaycanda 600 bal toplayan abituriyentlər təhsil haqqından azad olunurlar. Maraqlıdır, azərbaycanlı tələbələrə başqa hansı güzəştlər var?

-Doğrudur bizim universitetdə təhsil alan tələbələrin sayı çoxdur. Azərbaycandan gedən tələbələrə hansı güzəştlər tətbiq edilir?

-Azərbaycandan bizim universitetdə təhsil alan tələbələr kampusumuzda gündə üç dəfə pulsuz yemək, yataq, kompyuter, internet xidməti, kitabxanadan, idman zallarından istifadə imkanları yaradılır. İldə bir dəfə 4500 dollar  ödəməklə bu xidmətlər paketə daxil olur. Amma bunu bütün tələbələrə də şamil etmək olmur. Ona görə də, biz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərən, 450-dən yuxarı bal toplayan tələbələri seçərək paket imkanlarından faydalanmaq imkanı yaradırıq.

-Təhsil haqqından söz düşmüşkən, təhsil haqqı nə qədərdir?

-Bizim universitetin hər ölkəyə yönəlik xüsusi strategiyası var. Bu həm də, Doğu Akdeniz Universitetinin həmin ölkə ilə bank hesablaşmalarından asılıdır. Xüsusi ilə Azərbaycan üçün desək, Doğu Akdeniz Universitetində tibb fakultəsi istisna olmaqla, 2500-4000 ABŞ dolları arasında dəyişir.

-Maraqlıdır təhsil haqqının mərhələli şəkildə ödənilməsi üçün tələbəyə güzəşt  edilirmi?


-Bəli, ilkin olaraq 600-800 ABŞ doları arası ödəyərək tələbəlik hüququ qazanan, universitetdə qeydiyata düşən tələbə il ərzində ödənişi hissə-hissə edə bilər. Bu valideynə də, tələbəyə də sıxıntı yaratmır.

-Orxan bəy söhbətləşdikcə sualdan sual yaranır. Xarici ölkələrin ali təhsil ocaqlarında tələbə adı qazanmaq asan, təhsili davam etdirmək çətindir deyirlər. Sizin universitetdə təhsil alan tələbə oxumazsa  universitetdən xaric edlə bilərmi?

-Qeyd edim ki, hər bir tələbə müəyyən dövr üçün sıxıntı çəkə, uyğunlaşmaya bilər. Bu üzdən biz tələbəyə bizim universitetə öyrəşmək üçün müəyyən müddət zaman tanıyırıq. Əgər həmin müddətdə tələbənin oxumasında problem davam edərsə, biz onun şəxsən özü ilə söhbət aparırıq. Təbii ki, bu nəticə verməzsə, tələbə dərslərinə səhlənkar yanaşaraq oxumazsa biz onun üçün ayırdığımız güzəşt paketini, 50 faiz qrantı daha yaxşı nəticə göstərən tələbəyə aid edirik. Çünki bizim güzəşt paketi ilə bağlı limitimiz var ki, hər ölkə üçün bunu ildə 40-50 daha yaxşı nəticə göstərən tələbəyə şamil edə bilərik. Əgər tələbə ona bir neçə dəfə verilmiş imkandan istifadə edərək təhsilin keyfiyyətini yüksəltmirsə,biz ona təhsilini dayandırması ilə bağlı tövsiyyə veririk.

-Azərbaycandan xaricdə oxuyan tələbələrlə bağlı həmişə bir sual yaranır. Görəsən həmin universitetin diplomu başqa ölkələrdə tanınırmı? Götürək elə Doğu Akdeniz Universitetini,sizin universitetin diplomlarının başqa ölkələrdə tanınmasında bir problem yoxdur ki?

-Doğu Akdeniz Universitetinin beynəlxalq təhsil ocağı olmasının ən böyük səbəbi odur ki, bizim universitet 30-dan artıq dünyada keçərli olan beynəlxalq akreditasiyaya sahibdir. Bu o deməkdir ki, verilmiş diplomlar dünyanın istənilən ölkəsində keçərli sayılır. Bu gün Doğu Akdeniz Universitetinin  onlarla məzunu var ki, Azərbaycanda müxtəlif sahələrdə rəhbər vəzifələrdə təmsil olunurlar. Doğu Akdeniz Universiteti ilə Təhsil Nazirliyi arasında da əməkdaşlıq memorodumu imzalanıb. Ona görə də əminliklə söyləyirəm ki, bizim universitetin diplomunun tanınması ilə bağlı problemimiz yoxdur.

-Xarici ölkələrdən söz düşmüşkən, təmsil etdiyiniz ali təhsil ocağının beynəlxalq əməkdaşlıq əlaqələri necə qurulub? Hansı ölkələrin ali təhsil ocaqları ilə əlaqələriniz var?

-Universitetimizin beynəlxalq əməkdaşlıq, ümumiyyətlə universitetlərdə təhsilin keyfiyyəti beynəlxalq əlaqələri ilə ölçülür. Dünyanın 200-dən artıq tanınmış, öndə gedən universitetləri ilə əməkdaşlığa dair protokolumuz var. Eyni zamanda Azərbaycanla bağlı da, bir sıra universitetlərlə əməkdaşlığa dair protokulumuz var.Biz dünyanın müxtəlif iri şəhərlərindəki universitetlərlə yanaşı, çalışırıq ki, regionlardakı universitetlərlə də əməkdaşlıq edək. Misal üçün Gəncədəki, Naxçıvandakı, Sumqayıtdakı universitetlərlə də əməkdaşlıq edir.

-Maraqlıdır, azərbaycanlı tələbələr sizin ali təhsil ocağında əsasən hansı ixtisasları seçir?

- Azərbaycanlı tələbələr əsasən İqtisadiyyatın idarəolunması fakultəsinin türkçə-ingiliscə bölümünü daha çox  seçirlər. Burada politika, dövlət idarəçiliyi, iqtisadiyyatın idarəolunması, audit, mühasibatlıq turizm fakultəsində daha çox oxuyurlar. Ümumiyyətlə, azərbaycanlı tələbələr biznes, idarəetmə fakultələrini daha çox seçirlər ki, bu siyahıya İctimaiyyətlə əlaqələr menecerlik fakultəsində də çoxsaylı tələbələr var. Bu fakultənin baarıqlı tələbələrindən biri də, ictimai həyatda fəal gənc Cəfər Məsimidir. O, təhsil nəticələrinə görə universitetimizin Yüksək Şərəf siyahisina daxil edilib. Həmçinin ilk təhsil aldı gündən universitetimizin rektoru tərəfindən ictimai fəaliyyətinə görə təhsil haqqından azad edilən ilk tələbədir.

-Universitetinizin təşkil etdiyi yay məktəbləri  böyük maraqla qarşılanır.  Şimali Kiprin Doğu Akdeniz Universitetinin təhsil və tətil imkanlarından bir qədər danışardınız...

 -Doğu Akdeniz Universitetinin yay məktəblər fəaliyyət göstərir. Bizim kampuslarda yataqxanalar yayda boşalır, tələbələr öz evlərinə dönürlər. Yay tətilini səmərəli keçirmək üçün  Kıprısda tuizm potensialını da nəzərə alıb yay məktəbləri təşkil edirik. Yay tətilində çeşidli kurslar, dənizkənarında istirahət, partilər, yay məktəbinə qatılan şagirdlər milli mahnılarla oyunlar keçirilər. Həftəsonu turizm gəzintisi olur ki. Biz yay məktəbinə qatılanları muzey və gəzməli yerlərə, tarixi yerlərə aparıb göstəririk. Bizim bu yay məktəblərini təşkil etməkdə iki məqsədimiz var. Birinci məqsəd tanıtım məqsədi daşıyır. İkincisi isə biz öz keyfiyyətimizdən əminik. Biz bilirik ki, yay məktəbinə qatılan şagird gələcəkdə seçim zamanı bizə üstünlük verəcək. Həmçinin bizim təşkil etdiyimiz yay məktəbləri çox sərfəli olur. 1 aylıq yay məktəblərinin qiyməti 800 ABŞ dolları, 15 günlük paketlər isə 350 manata başa gəlir. 

-Universitetin rektoru  Abdullah Öztoprak  bir neçə dəfə ölkəmizə səfər edib. Bu səfərlər  Azərbaycanla əlaqələrinizə hansı formada tövhə verə bilirmi?

-Əlbəttə, birbaşa görüşlər daha çox səmərə verir. Ona görə də deyə bilərəm ki, Abdullah Öztoprakın Azərbaycana və digər ölkələrə səfəri xüsusi əhəmiyyət kəsb edir.   


 











Sizin Reklam Yeriniz