Əlaqə Arxiv
news Image
2014.07.25
18:59
| A A A
Suraxanı rayonunda növbəti səyyar görüş keçirilmişdir

25 iyul 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Səyyar görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.


Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. 2014-cü ilin 1-ci yarımilliyində 1333 nəfər sakinin iştirakı ilə 19 səyyar görüş-qəbul keçirilmişdir.


Növbəti səyyar görüş Qaraçuxur qəsəbəsində 4048-ci məhəllədə 3, 10, 14 saylı binaların həyətində keçirilmişdir. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat vermişdir ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təzhizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.


"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 51, ümumərazi inkişaf üzrə 3 tədbir nəzərdə tutulmuş, onların 17-nin icrasına başlanılmış, başlanılan tədbirlər proqramın 31,5 faizini təşkil etmişdir. Dövlət Proqramına əsasən bu dövr ərzində 850 p.m. yeni su borusu çəkilmiş, 27 ədəd siyirtmə dəyişdirilmiş, 7524 ədəd yeni su sayğacı quraşdırılmış, görülmüş tədbirlər nəticəsində 69,9 min abonentin 26,5 mini, yəni 38,0 faizi 24 saat fasiləsiz su ilə təmin edilmişdir. Rayonun elektrik enerjisi şəbəkəsində 3 Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 8 məntəqədə güc transformatorları daha güclü transformatorlarla əvəzlənmiş, 3190 p.m. kabel xətti, 5140 p.m. naqil çəkilmiş, 0,4 kilovolt şəbəkənin SİP xətləri ilə qurulması işi davam etdirilmişdir. Qaz təchizatının yaxşılaşdırılması işləri davam etdirilmiş, 597 p.m. yeni qaz xətti çəkilmiş, 825 ədəd "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmış, 1170 ədəd mexaniki qaz sayğacı yeni "Smart-kart" tipli elektron qaz sayğacı ilə əvəzlənmiş, 4 ədəd yeni tənzimləyici quraşdırılmış, istismar müddəti bitmiş siyirtmələrdən 12 ədədi yenisi ilə əvəz edilmişdir.


Dövlət Proqramı əsasında rayonda görülməsi nəzərdə tutulmuş işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilir, müşavirələr keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müəyyən olunur.


İlqar Abbasov sakinlərin diqqətinə çatdırmışdır ki, cari ildə Abbasqulu Ağa Bakıxanov adına parkda geniş abadlıq işləri həyata keçirilmiş, burada sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılmış, Abbasqulu Ağa Bakıxanovun parkda büstü qoyulmuşdur. Rayon ərazisində 9 yerdə abad məhəllə salınmışdır ki, bugünkü səyyar görüşümüz onlardan birində keçirilir. Abad məhəllələrdə sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Yeni Günəşli parkının salınması işləri davam etdirilir, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmirinə dair layihə-smeta sənədləri hazırlanmışdır, bu yaxınlarda əsaslı təmir işlərinə başlanılacaqdır.


Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.


Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.


Görüşdə 400-ə yaxın sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

Sizin Reklam Yeriniz