Əlaqə Arxiv
news Image
2015.09.14
18:17
| A A A
Prodüser Tolik: "Bunu deməyə cəsarətləri çatmır"
"Aygün Kazımova ən qalmaqallı sənətçidir"

Movqe.az saytının müsahibi "Tolik" ləqəbi ilə tanınan prodüser Tarix Əliyevdir. 


- Nəyə görə, səni qalmaqallı prodüser kimi tanıyırlar?


- Çünki, mən bəziləri kimi yaltaq deyiləm. Hər zaman çalışmışam ki, sözün düzünü deyim. Sənət nümayəndələri var ki, özündən razılıq edir, özünü nümunə kimi göstərməyə çalışır. Amma əslində nümunə göstərdiyi sadə insanlardan səviyyə baxımından çox aşağıdırlar. Ona görə də həmin insanların səhvlərini üzlərinə deyirəm. Onlar isə arxamca danışmağa daha çox üstünlük verir. Çünki, buna cəsarətləri çatmır.


- Bəs, şou-biznesin ən qalmaqallı müğənnisi kimdir?


- Mənə görə, şou-biznesin ən qalmaqallı müğənnisi, elə onun yaradıcısı olan Aygün Kazımovadır. Daha sonra Faiq Ağayev, Röya kimi sənətçilər də qalmaqallı şou-biznes əhli sırasındadır. Onlar da sözün düzünü dediyinə görə, qalmaqallara səbəb olub. Məhz ona görə də həmin insanları qalmaqallı sənətçilər kimi tanıyırlar.


- Hansı sənətçi şou-biznesdən getsə, yeri görünər?


- Mən deyərdim ki, Aygün Kazımova, Röya, Faiq Ağayev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva kimi sənətçilər şou-biznesdən getsə, yerləri görünər.


- "Nömrə 1" prodüser Tolikdir?


- Mən özümü "Nömrə 1" prodüser saymıram. Çünki, mənim adım "Nömrə 1"-dir. (gülür)


Sizin Reklam Yeriniz