Əlaqə Arxiv
news Image
2012.05.23
20:52
| A A A
BSU-da Viktor Hüqo anılıb

Mövqe.az xəbər verir ki, mayın 23-də Bakı Slavyan Universiteti Məktəb Lisey Kompleksinin Akt zalında BSU-nun V. Hüqo adına "Fransız dili və Mədəniyyəti Mərkəzi" təşkilatçılığı ilə görkəmli fransız ədibi Viktor Hüqonun 210 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Qonaqların sırasında Fransanın Azərbaycandakı Səfirliyinin mədəniyyət və təhsil üzrə attaşesi cənab Vincent, Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitunun müdürü xanım Piera və başqaları da olub. Tədbirdə tamaşaçılara Viktor Hüqonun həyat və yaradıcılığı ilə bağlı məlumat verilib, böyük ədibin aforizmləri səsləndirilib. BSU-nun tələbələri və universitetin nəzdində fəaliyyət göstərən Məktəm-Lisey Kompleksi şagirdlərinin fransız dilində çıxışları, xüsusən Viktor Hüqonun şeirlərini, əsərlərindən parçaları ifa etmələri tədbir iştirakçıları və qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sizin Reklam Yeriniz