Əlaqə Arxiv
news Image
2012.06.21
19:02
| A A A
Türkiyənin HİTİT Universitetinin rəhbərliyi BSU-da olub

Movqe.Az xəbər verir ki, 21 iyun tarixində Türkiyənin Çorum şəhərində yerləşən HİTİT Universitetinin nümayəndə heyəti BSU-ya gəlib. Azərbaycanın qabaqcıl təhsil müəssisələrindən olan Bakı Slavyan Universitetinin dünyanın bir çox tanınmış təhsil ocaqları ilə sıx əlaqələri mövcuddur ki, bunlardan biri də Türkiyə istiqaməti üzrə müxtəlif orijinal layihələrin həyata keçirilməsi ilə bağlıdır. Bu əlaqələr zəminində Bakı Slavyan Universiteti artıq Türkiyə Respublikasının Qafqaz Universiteti (Kars), Ankara Universiteti (Ankara), Akdeniz Universiteti (Antalya), İstanbul Kültür Universiteti (İstanbul), Qazi Universiteti (Ankara) və digər samballı təhsil və elm ocaqları ilə əməkdaşlıq edir.

Nümayəndə heyəti HİTİT Universitetinin rektoru prof. Dr. Reha Metin Alkan, rektor köməkçisi prof. Dr. Osman Eğri ilə təmsil olunub.

BSU-nun mətbuat xidmtinin verdiyi məlumata görə HİTİT Universiteti rektorunun gəlişinin əsas məqsədi gələcəkdə BSU ilə birgə əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə etmək olub. BSU-da fəaliyyət göstərən müxtəlif ölkələrin tədris-mədəniyyət mərkəzləri, o cümlədən, Türkiyə Araşdırmaları Mərkəzində olan qonaqlar gördüklərini yüksək qiymətləndiriblər. Sonra qonaqlar Türkiyə Araşdırmaları Mərkəzində unversitetin professor-müəllim heyəti və türkiyəşünas tələbələri ilə görüşüblər. Səmimi keçən görüşdə türkiyəli rektor rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib və gələcəkdə BSU ilə qurulacaq hər cür əməkdaşlığa şad olacağını bildirib.

Sizin Reklam Yeriniz