Əlaqə Arxiv
news Image
2012.12.14
10:31
| A A A
Çoxmərtəbəli yeni binaların yaratdığı dayanacaq problemi
Bəzi belə binalarda avtomobilin saxlanılmasına görə tələb olunan məbləğ o qədər yüksəkdir ki… Bakı şəhərində avtodayanacaq probleminin olması hər kəsə bəllidir. Bunu nəzərə alan dövlət şəhərdə bir neçə yerdə böyük parkinqlər salmaq planının icrasını həyata keçirməkdədir və bəzi avtodayanacaqlar artıq hazırdır. Lakin o da faktdır ki, problemin qarşısını təkcə dövlət hesabına salınan parkinqlərlə almaq mümkün deyil.
Ekspertlərə görə, yeni tikilən binaların altında avtodayanacaqların olması əsas şərtlərdən biridir. Düzdür, bəzi binaların zirzəmisində avtodayanacaqlar mövcuddur. Lakin orada avtomobilin saxlanılmasına görə tələb olunan məbləğ  o qədər yüksəkdir ki, hətta həmin binada yaşayan insanlar maşınlarını kənarda, açıq havada saxlamağa üstünlük verirlər. Apardığımız müşahidələr göstərir ki, binaların zirzəmisində avtomobil saxlayanlar binada yaşayanların heç 5 faizi qədərində deyil. Binada avtomobili olan insanların böyük əksəriyyətinin avtomobili həyətdə, açıq havada saxlanılır. Bir sıra hallarda yer üstündə qonşular arasında dava-dalaş belə düşür.
Bir sıra hallarda korpoorativ mülkiyyət olan binalarda da avtomobillərin saxlanılmasına görə sürücülərdən pul tələb olunur.
Hüquqşünas Arzu Əliyevanın sözlərinə görə, Mənzil Məcəlləsinə görə, binanın mülkiyyətçisi əgər koorporativ cəmiyyətdirsə və yaxud mənzillər sosial kirayə əsasında insanlara verilibsə həmin binanın qeyri-yaşayış sahələrindən istifadə etməkdə sakinlər sərbəstdirlər: "Həmin Məcəlləyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və yenidən qurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər  - pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası, dəhlizlər,  çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, dam örtükləri,  binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir".
Hüquqşünasın sözlərinə görə, sosial kirayə əsasında və ya koorporativ binalarda istifadə olunan mənzillərin sahibləri avtodayanacağı özləri saxlamalıdılar: "Yeni qanuna görə, mənzil sahibləri özlərinin cəmiyyətini yaradır və cəmiyyət avtomobillərin saxdlanılmasını təşkil edir. Ora mühafizəçi ayrılır, parkinq təmir edilir və s. bu, bütün binadakı bütün mənzil sahiblərinin (avtomobili olanların) razılığı əsasında olur. Əgər binanın sahibi hüquqi şəxsdirsə, zirzəmi, mansar və s. kənar obyektlər barəsində sərəncam vermək hüququ ona məxsusdur".
Hüquqşünas hesab edir ki, mülkiyyətçilər binanın, o cümlədən dayanacağın sahibinə təsir etməklə bağlı hüquqi imkanlara malik deyil: "Bu məsələ danışıqlar yolu ilə həll oluna bilər. Qiymətlərin bahalığına etiraz olaraq kampaniya həyata keçirmək olar. Məsələn, sürücülər sözü bir yerə qoyub avtomobillərini binanın zirzəmisindəki dayanacaqda saxlamaqdan imtina edirlər və s".
Sizin Reklam Yeriniz