Əlaqə Arxiv
news Image
2020.08.03
17:29
| A A A
MİQ imtahanları keçiriləcək - Brifinq

5 avqust tarixindən ölkənin bəzi şəhər və rayonlarında sərt karantin rejiminin aradan götürülməsi ilə MİQ imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, müəyyən olunmuş gigiyena qaydaları əsasında vətəndaşlar imtahanlar üçün müraciət edə bilərlər.

Prezidentin köməkçisi əlavə edib ki, vaksinin tətbiqi ilə bağlı məsələ müzakirə olunur:

"Bu məsələ gündəmdə saxlanılır. Xarici ekspertlərlə bu məsələdə əlaqə saxlanılır, öyrənilir. Vaksinlərlə əlaqədar çoxlu araşdırma aparan ölkələr var. Lakin özünü təsdiq edən vaksinin istifadəyə verilməsi diqqət mərkəzindədir".

Sizin Reklam Yeriniz