Əlaqə Arxiv
news Image
2020.09.09
11:44
| A A A
Hökumət bağçaların açılması barədə qərar verdi

Baş Nazir Əli əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.

Mövqe.az-ın xəbərinə görə, qərarda deyilir:

 “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli
73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi
qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri
tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində
tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun
olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
 1. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında
aşağıdakı dəyişikliklər edilsin:
 1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
 “1.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət
göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il oktyabrın
1-dən;”;
 1.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
2
 “1.1-1. ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən
məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın
15-dən;”.
 2. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Sizin Reklam Yeriniz