Əlaqə Arxiv
news Image
2020.09.28
13:46
| A A A
Kimlərin səfərbərliyə cəlb olunacağı açıqlandı - Rəsmi

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının sərəncamı ilə ölkədə qismən səfərbərlik elan olunub.

Mövqe.az-ın məlumatına görə, bunu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.

O bildirib ki, sərəncamda adıçəkilən xidmətə tapşırılıb ki, təsdiq edilmiş plana uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi nəqliyyat vasitələrindən irəli gələn məsələləri həyata keçirsin: "Səfərbərlik Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və xüsusi birləşmələri müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçilməsinə dair tədbirlər kompleksidir. Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər matroslar, çavuşlar, gizirlər və mişmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsinsən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar. Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hlrbj vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün imkanlara malikdir. Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən zənglər və smslər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər. Məlumat üçün bildirirəm ki, son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər. Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək".

Sizin Reklam Yeriniz