Əlaqə Arxiv
news Image
2020.10.23
13:10
| A A A
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək - video

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib. Baş Prokurorluqdan Mövqe.az-a verilən məlumata görə, işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir. Bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində hansı qaydada iqtisadi fəaliyyətlə məşğul ola biləcəyi, qanunsuz iqtisadi fəaliyyətə görə cinayət qanunvericiliyinin müddəaları ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcəkdir.

***

На основании расследования, проведенного Генеральной прокуратурой Азербайджанской Республики, были установлены физические и юридические лица, занимающиеся незаконной добычей на оккупированных вооруженными силами Армении территориях, в том числе эксплуатирующих месторождения золота и других металлических руд, а также занимающиеся производством осетровых и черной икры, электроэнергии, незаконной продажей часов и банковской деятельностью. Заявляем, что применение эффективных уголовно-правовых мер в отношении лиц, занимающихся незаконной экономической и иной деятельностью на оккупированных территориях нашей страны, продолжается под постоянным контролем Генеральной прокуратуры Азербайджанской Республики. В целях предотвращения таких противозаконных действий были подготовлены информативные видеоролики на французском, испанском, немецком, русском, английском и арабском языках о порядке осуществления иностранными гражданами экономической деятельности на территории Азербайджанской Республики и о положениях уголовного законодательства о незаконной экономической деятельности. Генеральной прокуратурой Азербайджанской Республики будет обеспечено принятие эффективных мер в рамках международного права в отношении физических и юридических лиц, занимающихся незаконной экономической и иной деятельностью на оккупированных вооруженными силами Армении территориях Азербайджанской Республики.

***

Investigations conducted by the Prosecutor General's Office of the Republic of Azerbaijan in the territories occupied by the Armenian armed forces have identified individuals and legal entities engaged illegal mining in the occupied territories, as well as in exploitation of gold and other metal ore deposits, sturgeon and black caviar sales, electricity production, illegal watch sales, and banking activities. We declare that the application of effective measures within the criminal law against persons engaged in illegal economic and other activities in our occupied territories are monitored on ongoing basis by the Prosecutor General's Office of the Republic of Azerbaijan. In order to prevent such illegal actions, informative videos in French, Spanish, German, Russian, English and Arabic were prepared in connection with the cases when the economic activity of foreign citizens in the territory of the Republic of Azerbaijan may be considered illegal. Provisions of the criminal law on illegal economic activities were also reflected in the videos. The Prosecutor General's Office of the Republic of Azerbaijan will take efficient measures in accordance with international law against individuals and legal entities engaged in illegal economic and other activities in the territories occupied by the Armenian armed forces of the Republic of Azerbaijan.

Sizin Reklam Yeriniz