Əlaqə Arxiv
news Image
2020.11.06
10:24
| A A A
İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərənlər məsuliyyətə cəlb ediləcək - Səfir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ bölgəsinin gələcəyini bir sülh sahəsi olaraq görürük. İnvestisiyalar və inkişaf təcrübəmizlə bu bölgəni dünyanın ən çiçəklənən bölgələrindən birinə çevirə bilərik və dinc yanaşı yaşaya bilərik. Ancaq bunun üçün müharibənin nəticələri ortadan qaldırılmalıdır" sitatını bugün İsveçrənin bütün siyasi xadimləri tərəfindən yaxından izlənilən və federal səviyyədə nüfuzlu "Tages Anzeiger" çoxtirajlı qəzetinin dərgisində bəyan edən və Ermənistanın Azərbaycana qarşı təcavüzü və qızıl yataqlarının qanunsuz istismarına dair geniş müsahibə verən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova söyləyib. Müsahibədə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlərin və şəxslərin aşkarlandığını bildirən səfir Xanım, məhz İsveçrədə məskunlaşan, "Goldstar" şirkətinin və "Frank Muller" saat brendinin erməni əsilli rəhbəri Vartan Sirmakes tərəfindən qızıl yataqlarının qanunsuz istismar edildiyi faktlarının üzə çıxdığını bildirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən yayılmış bəyanat səfir tərəfindən qeyd olunaraq, işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə bütün sahələr üzrə qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb ediləcəklərini bildirmişdir. Səfir, Gəncə və Bərdə şəhərləri daxil olmaqla cəhbə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı hərbi cinayətlərin törədildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da humanitar atəşkəslərin kobudcasına pozulduğunu bildirmişdir. Məhz Cenevrə Konvensiyasına və digər beynəlxalq humanitar hüquqa əsasən, mülki insanların və şəhərlərin vurulmasının beynəlxalq əhəmiyyətli cinayət olduğunu bildirən səfir Xanım İbrahimova, Ermənistan silahlı qüvvələrinin Ağcabədi, Bərdə, Goranboy və Tərtər bölgələrinə dəfələrlə ağır artilleriya hücumları ilə mülki infrastrukturun ciddi şəkildə zədələndiyini vurğulamışdır. Baş verən son hadisələrin başlanğıcının əsas səbəbkarı kimi Ermənistan göstərilmiş – Ermənistan hökumətinin həm təxribat xarakterli bəyanatları və hərəkətləri, həm də atəşkəs rejiminin hər gün pozulması faktları göstərilmişdir. Məhz bu səbəblə, hal-hazırda Azərbaycanın öz ərazi bütövlüyünü döyüş meydanında böyük əzmlə bərpa etdiyini qeyd edən səfir, Prezident İlham Əliyevin "Biz BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına yerinə yetiririk" sözlərini bir daha İsveçrə siyasi xadimlərinin diqqətinə çatdırıb.
Sizin Reklam Yeriniz