Əlaqə Arxiv
news Image
2020.11.06
19:37
| A A A
Hikmət Hacıyev: "Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib"

"Azərbaycanın Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Hətta qəbiristanlıqlara belə rəhm etməyiblər, vandalizmə və barbarlığa məruz qalıb". Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb. "Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb", - o əlavə edib.

https://twitter.com/i/status/1324728225885491201

Sizin Reklam Yeriniz