Əlaqə Arxiv
news Image
2020.11.20
17:10
| A A A
Mehriban Əliyevadan Ağdam təbriki
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində Ağdamın işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib. Paylaşımda deyilir: "Əziz həmvətənlər, Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".
Sizin Reklam Yeriniz