Əlaqə Arxiv
news Image
2021.01.02
11:42
| A A A
Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı məktubu göndərib.

Movqe.az  xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk.

Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq nümunələridir.

Rober Osseyn Azərbaycanın əsl dostu idi. Azərbaycanlı soy-kökləri ilə fəxr edən Rober Osseyn ölkəmizin hüdudlarından kənarda yaşasa da, qəlbən ata yurduna bağlı idi. Məhz bu səbəbdən o, dəfələrlə ölkəmizə səfər etmişdir. Ona Azərbaycanda hər zaman böyük hörmət və rəğbət bəslənilmişdir. Onunla görüşlərimizi və söhbətlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Unudulmaz sənətkar və səmimi insan Rober Osseynin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Sizin Reklam Yeriniz