Əlaqə Arxiv
news Image
2021.01.15
18:12
| A A A
Nazir Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefonla danışıb
2021-ci ilin 15 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Finlandiya xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb. Nazirlər, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.
Sizin Reklam Yeriniz