Əlaqə Arxiv
news Image
2021.03.30
17:37
| A A A
XİN Mətbuat xidməti idarəsi Ceyhun Bayramovun Şah Mahmud Qureyşi ilə görüşünə dair məlumat yayıb

 

30 mart 2021-ci il tarixində Düşənbə şəhərində keçirilən  "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində  Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri,  mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğuladılar.

Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sizin Reklam Yeriniz