Əlaqə Arxiv
news Image
2012.04.30
16:54
| A A A
Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçilib

Mövqe.az xəbər verir ki, bazar günü Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayında Konqresinin Qətnaməsi, Avropa Azərbaycanlıları Konqresi IV Qurultayının nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti və digər sənədlər qəbul edilib.

Qurultayın qəbul etdiyi qətnamədə AAK-ın keçmiş prezidentlərinin təcrübəsindən təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə faydalanmaq məqsədilə "Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası"nın yaradılması qərara alınıb.

Həmçinin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayını 2014-cü ildə keçirmək qərarı qəbul edilib.

Azərbaycan Prezidentinə müraciətdə iştirakçılar qurultayın təşkilinə Azərbaycan dövləti tərəfindən verilmiş dəstəyə görə İlham Əliyevə dərin təşəkkürünü bildiriblər.

"Sizi əmin etmək istərdik ki, AAK bundan sonra da doğma Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində öz səylərini əsirgəməyəcəkdir" - deyə müraciətdə vurğulanır.

Qurultayda həmçinin də bəyanat qəbul olunub. Bəyanatda Konqresin IV qurultayının iştirakçıları beynəlxalq təşkilatların rəhbərlərinə, ayrı-ayrı ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, bütün tərəqqipərvər insanlara müraciət edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağırır.

Qrultayda AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi də seçilib.

Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçilib.


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz