Əlaqə Arxiv
news Image
2013.05.03
17:40
| A A A
Prezident Cüdo Federasiyasının və Beynəlxalq Avtomobil Federasiyasının prezidentlərini qəbul edib

Prezident İlham Əliyev Cüdo Federasiyasının prezidenti Marius Vizeri və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, "Formula 1"də Ferrari komandasının baş idman direktoru Jan Todu qəbul edib.


Mövqe.az-ın məlumatına görə, görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışıldı, idmanın bütün sahələrinin inkişafı üçün yaradılan infrastruktur layihələrinin önəmi qeyd olundu, ölkəmizdə avtomobil idmanı növlərinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.


Azərbaycandakı müvafiq qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.


Söhbət zamanı Cüdo Federasiyasının prezidenti Marius Vizerin və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, "Formula 1"də Ferrari komandasının baş idman direktoru Jan Todun Azərbaycana səfərinin bu təşkilatlarla ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Sizin Reklam Yeriniz