Əlaqə Arxiv
news Image
2013.05.13
19:00
| A A A
İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerin təkbətək görüşü olub

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin təkbətək görüşü olub.


Mövqe.az-ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirilib.


Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 


Sizin Reklam Yeriniz