Əlaqə Arxiv
news Image
2013.05.22
17:03
| A A A
İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqunu qəbul edib.


İkinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayan Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqun ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Mövqe.az-ın məlumatına görə, o, Qambiya Prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim edib.


Dövlət başçısı Qambiya Prezidenti Yəhya Cammehin məktubuna görə minnətdarlığını bildirib. Azərbaycan ilə Qambiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin önəmini qeyd edib. Dövlətimizin başçısı Qambiyanın xarici işlər naziri xanım Susan Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib. 

Sizin Reklam Yeriniz