İlham Əliyev Almaniyanın keçmiş xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşeri qəbul edib.
Mövqe.az-ın görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sənaye, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.