Əlaqə Arxiv
news Image
2013.07.02
12:51
| A A A
Tacikistan Prezidenti Kəmaləddin Heydərovu qəbul edib

Tacikistan Prezidenti Emomali Rahmon çərşənbə axşamı Düşənbədə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşüb. Bu barədə "Avesta" informasiya agentliyi dövləvt başçısının mətbuat xidmətinə istinadən xəbər verir.


Tərəflər fövqəladə vəziyyətlərin aradan qaldılması və xilasetmə xidmətlərinin fəaliyyətlərinin təkmilləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.


Habelə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və sahənin yüksəkixtisaslı mütəxəssislərinin hazırlanmasına maddi-texniki yardımların göstərilməsi məsələlərinə toxunulub.


Həmsöhbətlər, həmçinin müxtəlif qarşılıqlı sərfəli sahələrdə Tacikistanla Azərbaycan arasında əməkdaşlığın hazırki vəziyyətini və perspektivlərini müzakirə ediblər.


Görüşdə ticari-iqtisadi əməkdaşlıq üzrə Tacikistan-Azərbaycan hökumətlərarası komissiyasının fəaliyyətinin aktivləşdirilməsinin vacibliyi də qeyd olunub.

Sizin Reklam Yeriniz