Əlaqə Arxiv
news Image
2012.04.03
20:14
| A A A
"Türk xalqlarının birliyinin möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik"
"İndi müstəqil dövlətlər kimi əcdadlarımızın ənənəsinə sadiqik". Bunu prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Qırğızıstan prezidenti Almazbek Atambayevlə birgə mətbuat konfransı zamanı deyib. Almazbek Atambayevin ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana etməsini dostluq və qardaşlıq göstəricisi kimi dəyərləndirən dövlət başçısı bu səfərin ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacağını vurğulayıb.

İlham Əliyev hazırda ikitərəfli münasibətlərin inkişafında dinamikanın müşahidə olunduğunu da qeyd edib.

Azərbaycanla Qırğız Respublikası arasında humanitar sahədə əməkdaşlığın vacibliyindən danışan dövlət başçısı ölkələrimiz arasındakı əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə geniş imkanların olduğunu deyib.

"Ümid edirəm ki, bizim əlaqələrin gələcəyi böyükdür. Ölkələrimiz arasında regional və ikitərəfli məsələlərdə fəal əməkdaşlıq qurulub. Biz Türk xalqlarının birliyinin gələcəkdə daha da möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik", - deyə İlham Əliyev bildirib.
Sizin Reklam Yeriniz