Əlaqə Arxiv
news Image
2014.02.07
11:48
| A A A
Gürcüstan prezidenti fevralın 12-də Azərbaycana rəsmi səfərə gəlir

Gürcüstan prezidenti Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycanda ilk rəsmi səfərini edəcək.

Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

 

İki günlük səfər çərçivəsində Georgi Marqvelaşvilinin Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.

 

Hazırda Gürcüstan prezidentinin səfər proqramı üzərində iş aparılır.  


Sizin Reklam Yeriniz