İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri qızıl nişanına layiq görülüb
Azərbaycan prezidenti İlham Əliyev Ümum
Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin
qərarı ilə "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə
görə" Fəxri qızıl nişana layiq görülüb. APA-nın
məlumatına görə, ÜHİK-in baş katibi Vladimir Şerbakovun imzaladığı
qərarda deyilir: "Azərbaycan Respublikası həmkarlar ittifaqları
hərəkatı qarşısında xidmətləri, həmkarlar ittifaqları üzvlərinin
sosial-iqtisadi hüquqlarının, mənafelərinin və azadlıqlarının
müdafiəsinə, həmkarlar ittifaqlarının beynəlxalq səviyyədə
nüfuzunun artırılmasına əvəzsiz şəxsi töhfəsi, qətiyyətli və
prinsipial mövqeyi, MDB-nin qorunub saxlanması və inkişafı,
sosial-iqtisadi və siyasi sahələrə inteqrasiya üzrə çoxillik
səmərəli fəaliyyəti nəzərə alınaraq və anadan olmasının 50 illiyi
ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Heydər
oğlu Əliyev ÜHİK-in "Həmkarlar ittifaqları hərəkatı qarşısında
xidmətlərinə görə" Fəxri qızıl nişanı ilə təltif
edilsin".