Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamenti üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib
"Azərbaycan bu məsələdə mövqeyi
prinsipialdır. Azərbaycanın icazəsi olmadan işğal altında olan
ərazilərimizə edilən istənilən səfər qanunsuzdur və bu cür qanunsuz
səfər edən insanlar ölkənin suverenliyinə və ərazi bütövlüyünə
qarşı hörmətsizlik etmiş olurlar". Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Kiprli
deputat, Avropa Parlamentinin üzvü Eleni Feokarousun erməni işğalı
altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə planlaşdırılan
səfərini APA-ya belə şərh
edib.
O qeyd edib ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən bütün şəxslərin adı arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Xatırladaq ki, Kiprdə nəşr olunan "Cyprus Mail" nəşrinin məlumatına görə, Kipr Vahid Demokratik Partiyasının nümayəndəsi, Avropa Parlamentinin üzvü Eleni Feokarous Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirməyə hazırlaşdığı qondarma "seçkiləri" izləmək çün Xankəndinə gedəcək.