Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair
növbəti görüşü sentyabrın sonlarında BMT Baş Assambleyasının
növbəti sessiyasının açılış mərasimi çərçivəsində baş tuta
bilər. APA-nın məlumatına
görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə əvvəlcə Avropa paytaxtlarından birində ayrıca görüş keçirməyi təklif ediblər. Bundan sonra isə sentyabrda Nyu-Yorkda xarici işlər nazirlərinin ikitərəfli görüşü baş tuta bilər.