Meydançanın ətrafındakı
qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən
qurulub. Oyunlar zamanı meydançanın işıqlandırılması üçün yeni
müasir işıqlandırma sistemi quraşdırılıb. Stadionda tribunaların üstünün bağlanması üçün Koreyadan
gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılıb, 30 min
kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi
membran örtüklə tam örtülüb. Tribunada
hər biri 10 nəfərlik 16 "ailə baxış otağı" da inşa edilib. Üst
hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat
nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik
xüsusi oturacaqlar qurulub. Tribunanın
alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə
otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı,
məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı
və digər köməkçi otaqlar var. Burada, eyni zamanda, mərkəzi
idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi
otaqları inşa edilib.
Bütün otaqlar müasir
yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz
olunub. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift
quraşdırılıb. Stadionun VİP binası və tribunası da əsaslı surətdə
yenidən qurulub. Burada, həmçinin 205 nəfərlik restoran
yaradılıb. Stadionda əlavə olaraq
məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası
yenidən qurulub, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş
kabinələri olan bina inşa edilib. Stadionun giriş hissəsində eyni vaxtda 50 nəfərin keçə
biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun fasadında
uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb. Burada
quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət
kameraları və səsgücləndirici dinamiklər birləşdirilib. Stadionun
daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet
şəbəkəsi və qaz xətləri tamamilə yenidən
qurulub. Prezident stadionda görülmüş
işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini
verib.