Əlaqə Arxiv
news Image
2012.09.01
13:19
| A A A
İlham Əliyev olimpiyaçılarla görüşdü - FOTO
Prezident London Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançılarını qəbul edib

Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşə toplaşanlar Azərbaycan Prezidentini və ailə üzvlərini hərarətlə qarşılayıblar.

Ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın Olimpiya Oyunlarında qazandığı qələbələrdən bəhs edən film nümayiş olunub. Dövlət başçısı görüşdə nitq söyləyib.
Sonra Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında" sərəncamı elan edilib.
Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXX Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə "Şöhrət" ordenini, "Tərəqqi" medalını və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu, habelə pul mükafatlarını təqdim edib, onlara bir daha uğurlar arzulayıb.
Görüşdən sonra Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirib.


Sizin Reklam Yeriniz