Əlaqə Arxiv
news Image
2012.09.06
11:43
| A A A
Azərbaycan prezidenti Bakıda aparılan yenidənqurma və abadlıq işlərinə 20 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
 
Sizin Reklam Yeriniz