Əlaqə Arxiv
news Image
2012.09.08
20:33
| A A A
Avropa Parlamenti Ramil Səfərovla bağlı qətnamə qəbul edəcək
Avropa Parlamentinin sentyabrın 10-13-də Strasburqda keçiriləcək plenar sessiyası çərçivəsində Ramil Səfərovun işi üzrə debatların keçirilməsi nəzərdə tutulur. APA-nın Avroparlamentin saytına istinadən yaydığı məlumata görə, debatlar insan haqları və demokratiya məsələlərinə dair müzakirələr çərçivəsində baş tutacaq. Avroparlament üzvləri həmçinin Birma və Cənubi Afrikada vəziyyətə dair dinləmələr keçirəcəklər. Müzakirələrin nəticəsində qətnamə qəbulu nəzərdə tutulur. 
Sizin Reklam Yeriniz