Əlaqə Arxiv
news Image
2012.10.03
11:11
| A A A
Azərbaycanın xarici işlər naziri Finlandiya səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfiri Petri Salonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Finlandiya səfirinin ölkəmizdə fəaliyyətini yüksək qiymətləndirib, onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin inkişafına və genişlənməsinə töhfə verdiyini deyib. Görüşdə həmçinin Azərbaycanla Finlandiya arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti məmnunluqla qeyd olunub və əməkdaşlığın genişlənməsi üçün potensialın olduğu vurğulanıb. 

Nazir E.Məmmədyarov Finlandiya səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Petri Salo ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
 
Sizin Reklam Yeriniz