Əlaqə Arxiv
news Image
2012.10.03
15:05
| A A A
Gələn həftə Budapeştdə Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın üçüncü iclası keçiriləcək
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstan baş naziri ofisinin dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.

APA-nın məlumatına görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri geniş müzakirə edilib. Son bir ay ərzində Azərbaycan və Macarıstan əleyhinə aparılan əsassız təbliğat kampaniyasının bu münasibətlərə hər hansı ciddi təsir göstərmədiyi xüsusi qeyd olunub. Eyni zamanda 8-9 oktyabr tarixlərində Macarıstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının Budapeştdə keçiriləcək üçüncü iclası, habelə yüz nəfərdən çox azərbaycanlı və macar iş adamının qatılacağı biznes-forum haqqında ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasındakı iqtisadi münasibətlərlə bağlı yeni protokolun imzalanması nəzərdə tutulan bu iclasın yüksək səviyyədə keçirilməsi və gələcək əməkdaşlıq baxımından dönüş nöqtəsinə çevrilməsi üçün tərəflərin öz qüvvə və səylərini əsirgəməyəcəkləri vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
 
Sizin Reklam Yeriniz