Əlaqə Arxiv
news Image
2015.09.16
11:19
| A A A
"Charlie Hebdo" yenə müsəlmanlara ilişdi

Movqe.az-ın məlumatına görə, reaksiya səbəb olan karikaturaların birində, Aylan Kurdinin məşhur fotoşəkili "McDonalds" reklamı ilə təsvir edilib. Karikaturada "Məqsədinə çox yaxınlaşmışdı" yazılarkən, McDonalds reklamında da "Birinin qiymətinə iki uşaq menyusu" yazılıb.

Bir digər müzakirə yaradan karikaturada isə, İsaya bənzəyən bir fiqurun üzərində "Avropanın xristian olduğunun dəlili. Xristianlar suyun üzərində gəzər, Müsəlman uşaqlar batar "yazılıb.

Sosial mediada karikaturalara reaksiya artarkən, beynəlxalq "Qara Vəkillər Birliyi" Charlie Hebdonun karikaturalarını beynəlxalq məhkəmələrə verəcəyini açıqlayıb.

Bəzi ictimai media istifadəçiləri isə karikaturada Aylanın təhqir olunmadığını, əksinə olaraq avropanın mövqeyinin tənqid olunduğunu müdafiə edib.

"Charlie Hebdo"nun Aylanla əlaqədar karikaturalarının yer aldığı sayının ilk səhifəsində isə "İmmiqrantlar xoş gəldiniz" yazısı ilə yayımlanan karikaturada, avropanın qaçqınlara baxışına reaksiya göstərilib.

Sizin Reklam Yeriniz