Əlaqə Arxiv
news Image
2015.09.30
11:36
| A A A
Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi dəyişdirildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


Dəyişikliyə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:


"Komissiyanın sədri


Yaqub Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.


Komissiyanın üzvləri:


Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Zakir Həsənov Azərbaycan Respublikasının müdafiə naziri

Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri

Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri

Əli Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri

Yavər Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Vaqif Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.".

Sizin Reklam Yeriniz