Əlaqə Arxiv
news Image
2011.11.29
10:41
| A A A
Azərbaycanda informasiya texnologiyaları üzrə beynəlxalq mərkəz yaradıla bilər

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul edib. Yan Kubiş Slovakiyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində çalışarkən Azərbaycana səfər etdiyini xatırlayaraq ötən dövr ərzində ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olduğunu deyib və qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib. Azərbaycanın enerji siyasətini və regional nəqliyyat layihələrini yüksək qiymətləndirən Yan Kubiş BMT-nin xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən Avrasiya İnformasiya Magistralı layihəsinin icrasına görə BMT rəhbərliyi adından dövlət başçısına minnətdarlığını bildirib.

BMT-nin müxtəlif sahələr üzrə beynəlxalq mərkəzlər yaratdığını vurğulayan qonaq ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətli inkişafını nəzərə alaraq təmsil etdiyi qurumun bu sahə üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaratmağa maraqlı olduğunu deyib.

Dövlət başçısı isə bildirib ki, Azərbaycan enerji və regional nəqliyyat layihələrinin həyata keçirilməsi işində artıq özünü etibarlı tərəfdaş kimi göstərib. Ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcək inkişafında bu sahənin rolunu yüksək qiymətləndirib. BMT-nin həyata keçirdiyi müxtəlif layihələrin əhəmiyyətini qeyd edən dövlət başçısı BMT-nin informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaradılması fikrinin də önəmli olduğunu vurğulayıb.

Sizin Reklam Yeriniz