Azərbaycan prezidenti gömrükdə yoxlamaların sadələşdirilməsi ilə bağlı dəyişikliyi təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" 2015-ci il 22 oktyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Movqe.az-ın məlumatına görə, fərmana əsasən, "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" prezidentin 2015-ci il 22 oktyabr tarixli fərmanının birinci hissəsi ləğv edilib.